Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: şəhər ərazisində də tut tingi əkilir...

Şəmkir: şəhər ərazisində də tut tingi əkilir...

Şəmkirdə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahədə aparılan izahat-təbliğat işləri, fermerlərə hərtərəfli dəstək artıq öz bəhrəsini verməkdədir.

Bu günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 46 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Rayon icra hakimiyyətinin bölgüsü əsasında qəsəbə və kəndlərdə tut tinglərinin əkilməsinə start verilmişdir. Maraqlıdır ki, tut tinglərinin şəhər ərazisində də əkilməsi işlərinə başlanılmışdır. Təkcə bir gündə Şəmkir şəhəri ərazisində icra nümayəndəliyinin, şəhər bələdiyyəsi və digər təşkilatların iştirakı ilə 4 hektar ərazidə 3500 ədəd tut tingi əkilib.

Qeyd edək ki, bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tingləri Çin texnologiyası əsasında əkilir. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır.

İlin sonunadək 10 min tut tinginin əkilməsi nəzərdə tutulur.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

17 Dekabr 2018 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə