Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə

Hörmətli Nursultan Abişeviç!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Qazaxıstan müstəqillik illərində hərtərəfli və sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi tərəqqisi, xalqın rifahının yaxşılaşdırılması sahəsində mühüm uğurlar qazanmışdır. Ölkəniz beynəlxalq və regional təşkilatlarda fəal rola və nüfuza malikdir.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bundan sonra da ortaq tarixi köklərə, milli, mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2018-ci il

16 Dekabr 2018 00:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə