Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdo idman növü üzrə açıq birincilik keçirilib

Yeniyetmələr arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə açıq birincilik keçirilib. Birincilik “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi, 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub.

Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman zalında keçirilən yarışda Qusar, Xaçmaz, Siyəzən rayon və Sumqayıt şəhər uşaq-gənclər idman-şahmat məktəblərindən, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli və 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərindən 17 çəki dərəcəsi üzrə 158 idmançı mübarizə aparıb.

edu.gov.az/az/page/9 saytı yazır ki, birincilikdə komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları layiq görülüb.

Müxtəlif çəki dərəcələri üzrə I ,II və III yerləri tutan idmançılar medal və diplomlarla təltif ediliblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Dekabr 2018 17:49 - İDMAN
İDMAN
27 Oktyabr 2020 | 01:31
Levandovskidən yeni rekord
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə