Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏMDK-nin sədri Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

ƏMDK-nin sədri Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Dekabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. Qəbul cədvəlinə müvafiq olaraq Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Səsləndirilən fərdi müraciətlər əsasən daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi ilə bağlı olub.

Struktur bölmələrin rəhbərlərinin də iştirak etdikləri qəbulda hər bir vətəndaşın müraciətini diqqətlə dinləyən komitə sədri məsələlərin qanunvericiliyə uyğun olaraq həll olunması üçün tapşırıqlarını verib. Müraciətlərdən bir qismi yerindəcə müsbət həllini tapıb. Bəzi  araşdırılma tələb edən məsələlər nəzarətə götürülüb. Komitənin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara ötürülməsi üçün qeydiyyata alınıb.

Qəbul zamanı komitə sədri Kərəm Həsənov göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Dekabr 2018 17:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə