Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Senatında Azərbaycanla bağlı tədbir

İtaliya Senatında Azərbaycanla bağlı tədbir

Azərbaycanın İtaliyadakı səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın Sandro Teti Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə İtaliya Senatının Kitabxanasının "Capitolare" zalında "Azərbaycanın qadın şairlərinin şerləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)" adlı şerlər toplusunun təqdimatı keçirilib.

 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Sando Teti Nəşriyyat Evinin birgə layihəsi olaraq İtaliyada dərc olunmuş, tərtibatçıları Günay Əfəndiyeva və Şəhla Nağıyeva olan bu kitaba 1200-1991-ci illər Azərbaycanın qadın şairlərinin şerləri Azərbaycan və italyan dillərində daxil edilib.

Tədbiri giriş sözü ilə açan İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rosanna Boldi Azərbaycanın zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə, eləcə də təqdim olunan kitabın Azərbaycan ədəbiyyatına qadın şairlərin verdiyi töhfələri müşahidə etmək üçün əhəmiyyətindən danışıb. Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin İtaliya Senatının Kitabxanasında təşkil olunmasının əhəmiyyətini vurğulayıb. Çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dunyasının ayrılmaz parçası olan Azərbaycan ədəbiyyatının, incəsənətinin, maddi ve mədəni irsinin zənginliyindən söz açıb, Azərbaycanda bu dəyərlərə böyük həssaslıqla yanaşıldığını və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.

Son olaraq çıxış edən "Sandro Teti Nəşriyyat Evi" nin rəhbəri Sandro Teti nəşriyyat evi tərəfindən dərc olunmuş Azərbaycan haqqında kitablar, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb. Çıxışlardan sonra tədbirin bədii hissəsi çərçivəsində ilk olaraq ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan "Azərbaycan poeziyasında qadın ruhu" adlı sənədli film nümayiş etdirilib. Ardınca Azərbaycan xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şerlər bədii-musiqili kompozisya formasında təqdim olunub. Təqdimat mərasimində Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi də nümayiş olunub.

 

M.Mükərrəmoğlu,
”Xalq qəzeti”

15 Dekabr 2018 13:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə