Ən son xəbərlər
Azərbaycan Milli Kitabxanasında respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermiş, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, “Şöhrət” ordenli Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 105 illiyi münasibətilə “Kamran Hüseynov-105” adlı sərgi açılmışdır. Sərgidə Kamran Hüseynovun Azərbaycan və rus dillərində nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunmuşdur.
Sərgi bir həftə davam edəcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə