Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması işlərinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – komitə), Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” 27 iyun 2018-ci il tarixli 256 nömrəli Sərəncamının icrası ilə əlaqədar Bakı şəhərinin Baş planının hazırlanması işlərinin satınalınması məqsədilə açıq tender elan edir. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında 1 lot üzrə keçirilir.
Açıq tenderdə, ərazi planlaşdırma (Baş planların) sənədlərinin hazırlanması sahəsində müfaviq beynəlxalq təcrübəyə və təcrübəli mütəxəssislərə malik texniki və maliyyə imkanları, idarəetmə səriştəsi, peşəkarlığı və satınalma müqaviləsini bağlamaq səlahiyyəti olan, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan hüquqi şəxslər iştirak edə bilərlər. Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat layihə tapşırığında verilir.
Tenderdə iştirak etmək istəyənlər komitəyə yazılı müraciət etdikdən və aşağıda göstərilən bank hesabına 850 (səkkiz yüz əlli) Azərbaycan manatı və ya 500 (beş yüz) ABŞ dolları məbləğində geri qaytarılmayan iştirak haqqını ödədikdən sonra Azərbaycan və ingilis dillərində tərtib edilmiş əsas şərtlər toplusunu ala bilərlər: 
VÖEN: 1400032621 
H/h- AZ73CTRE00000000000002278501 
AZ03IBAZ36020018409328518204 
Təsnifat kodu- 142340, büdcə səviyyəsi kodu - 7
Bank rekvizitləri
Adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWİFT.BİK.CTREAZ22.
Ödəniş sənədində maliyyələşdirmənin məqsədi göstərilməlidir.
Təqdim olunmuє ərizə əsasэnda iюtirakзэlara aзэq tenderin əsas єərtlər toplusu elektron єəkildə gцndəriləcəkdir.
İddiaçı öz təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.
Tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydiyyata alınması üçün 7 fevral 2019-cu il yerli vaxtla saat 15.00-dək komitənin inzibati binasına və ya poçt ünvanına (tender təklifi və tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü güvvədə olmalıdır);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
- tenderdə iştirak etmək istəyən iddiaçı və yaxud konsorsium qismində iştirak edən iddiaçıların hər hansı biri tərəfindən şəhərsalma sənədlərinin hazırlanması üzrə xüsusi razılıq (lisenziya) sənədinin surəti;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakın girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə şirkətin özü tərəfindən verilmiş arayış, habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
Sənədlər iki nüsxədə (əsli və surəti) tərtib edilməlidir. Xarici ölkələrdən olan iddiaçıların təqdim etdikləri sənədlərlə birlikdə həmin sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi əlavə edilməlidir.
İddiaçılar ixtisas dərəcələrinin artırılması məqsədilə konsorsium yarada bilərlər. Bu halda, 1-11-ci bəndlərdə qeyd olunan sənədlərdən əlavə, həmзinin konsorsium yaradэlmasэ barədə mьqaviləni, eləcə də konsorsium iюtirakзэsэ olan hər bir єirkət barədə 6-11 bəndlərdə gцstərilən sənədləri (məlumatlarэ) təqdim etməlidirlər.
İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 18 fevral 2019-cu il yerli vaxtla saat 15.00-a qədər komitənin Azərbaycan Respublikası, Bakı şəhəri, Füzuli küçəsi 65 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Tender təklifləri Azərbaycan və ingilis dillərində, iki nüsxədə (əsli və surəti olmaqla) tərtib edilməlidir.
İddiaçıların tender təklifi təklif zərflərinin açıldığı tarixdən sonra azı 30 bank günü (ən azı 2019-cu il aprelin 11-nə kimi ) qüvvədə olmalıdır, tender təklifi qiymətinin 1%-i həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox (ən azı 2019-cu il mayın 27-nə kimi) olmalıdır.
İddiaçıların təklif zərflərinin açılışı 19 fevral 2019-cu il yerli vaxtla saat 15.00-da yuxarıda göstərilən ünvanda keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər:
İddiaçılar tenderin əsas şərtlər toplusunda göstərilən keyfiyyət və qiymət seçimi (KQS) üsuluna əsasən seçiləcəkdir.
Tender təklifi texniki və maliyyə təkliflərindən ibarət olmalıdır.
Texniki təklifin qiymətləndirmə meyarları:
- iddiaçının analoji təcrübəsi – 30 bal;
- təklif olunan iş planı və metodikanın layihə tapşırığına uyğunluğu – 25 bal;
- əsas heyətin (mütəxəssislərin) ixtisas dərəcəsi və təcrübəsi – 45 bal.
Texniki qiymətləndirmənin minimal keçid balı – 70 bal.
Maliyyə təklifinin qiymətləndirmə meyarı – ən aşağı qiymətdir.
Açıq tender elanı rəsmi internet saytında yerləşdirilmişdir.
Əlaqələndirici şəxs – Günel Məlikova.
Telefon - (+99412) 493-34-67 (dax.129).
Faks- (+99412) 498-14-14.
Email- [email protected]
Ünvan - AZ1014, Bakı şəhəri, Füzuli küçəsi 65.
 
Tender komissiyası
14 Dekabr 2018 23:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə