Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot – 1. Əsaslı təmir işləri üçün tikinti materiallarının satınalınması.
Lot – 2. Cari təmir işləri üçün tikinti materiallarının satınalınması.
Lot – 3. Traktor, ekskovator və buldozerlər üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
 Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax rayonu, Qax baş kəndi, Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs -N. Mustafayevdən tel- 0144-4-30-23) ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 60 manatdır.
Təşkilat: Qax SSİ
Hh- AZ 20AİİB32051019447100201171
VÖEN: 4300088331
Bank: “Kapital bank” ASC-nin Qax filialı
Kod: 200714
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T BİK AİİBAZ 2x
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər;
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertfikatı;
Digər sənədlər: müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, girovun olmaması, məhkəmənin qərarı ilə fəaliyyətinin dayandırılmaması barədə, maddi -texniki bazası, işçi qüvvəsi, əsas vəsaitləri barədə geniş arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə, (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır) 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 22 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 30 yanvar 2019-cu il saat 18.00-a qədər Qax rayonu, Qax baş kəndi, Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 31 yanvar 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

14 Dekabr 2018 23:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə