Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yuventus” 80 milyon avro təklif edir

“Yuventus” klubu qış transfer dövründə “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etmək istəyir. Bildirilir ki, Turin klubu sabiq oyunçusu üçün 80 milyon avro ödəməyə hazırdır. “Mankunyanlar”ın baş məşqçisi Joze Mourinyo ilə yola getməyən fransalı yarımmüdafiəçinin də komandadan ayrılmaq fikrində olduğu bildirilir.
Xatırladaq ki, Poqba 2016-cı ilin avqustunda 105 milyon avro qarşılığında “Yuventus”dan “Mançester Yunayted”ə keçmişdi.
Xəbəri “Eurosport” verib.

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

14 Dekabr 2018 22:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə