Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmat üzrə respublika birinciliyi başa çatıb

Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.

Yarışın əsasnaməsinə uyğun olaraq finalda 6 yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşlaradək) oğlan və qızlar arasında keçirilən zona yarışlarında 1 və 2-ci yerləri tutan, həmçinin finalda birbaşa oynamaq hüququ qazanan yüksək reytinqli şahmatçılar iştirak ediblər. Ümumilikdə final mərhələsinə 140 məktəbli qatılıb.

edu.gov.az/az/page/9 saytı yazır ki, yarışın açılış mərasimində Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Birincilikdə yaş qrupları üzrə 1, 2 və 3-cü yerləri tutan oğlan və qız şahmatçılar diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların oyun təcrübəsini artırmaq, yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarətdir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

14 Dekabr 2018 15:52 - İDMAN
İDMAN
2 İyun 2020 | 10:52
"Qəbələ" avrokuboklarda
1 İyun 2020 | 10:50
Lionel Messi təəssüfləndi
1 İyun 2020 | 01:01
Ən yaxşı müdafiəçi

Köhnə versiyamızdan xəbərləri izlə