Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xəzər rayonunun Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Məcburi köçkünlərin  yaşayış şəraiti ilə yaxından  tanış olub və müraciətləri diqqətlə dinlənilib, sualları cavablandırılıb.

Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda həyat üçün təhlükəli və qəzalı binalarda məskunlaşmış, ən ağır şəraitdə yaşayan  məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsi barədə tapşırıq verib.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

“Xalq qəzeti”

14 Dekabr 2018 15:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə