Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyan rayonunda gələn ilin epizootik tədbirlərinə hazırlıq görülür

Salyan rayonunda gələn ilin epizootik tədbirlərinə hazırlıq görülür

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatı heyvanlarının saxlanıldığı obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu məqsədlə DBX-nin Salyan Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayonun diri heyvan satışı bazarında, eləcə də xırdabuynuzlu və iribuynuzlu heyvandarlıq təsərrüfatlarında 1400 m2 sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.

Dezinfeksiya və dezinseksiyaedici dərmanlar təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla əraziyə tətbiq olunub.

Cari ilin müvafiq dövrü ərzində Salyanda 57550 m2 sahədə dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb. Eləcə də 2018-ci il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun olaraq Salyan rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri həyata keçirilib.    

Salyan Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçirirlər.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2018 11:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə