Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda Hüseyn Cavidin “İblis” tamaşası səhnəyə qoyulacaq

İstanbulda Hüseyn Cavidin “İblis” tamaşası səhnəyə qoyulacaq

Istanbulda Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə - İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatırında səhnələşdiriləcək.

Teatr kollektivi artıq tamaşanın məşqlərinə başlayıb və “İblis” tamaşası 2019-cu ilin fevral ayında teatrsevərlərə təqdim olunacaq. Şəhər Teatrının direktor müavini, aktrisa Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşada texnologiyanın yeniliklərindən istifadə olunub. Müxtəlif mepinklər və səhnə işıqlandırması ilə tamaşanın bir qədər fərqli formatda təqdimatı planlaşdırılır. Əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin və Məlahət Abbasova tamaşanın baş məsləhətçisi, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın əsərin səhnələşdirilməsinə böyük dəstək verdiyini deyiblər.

M.Abbasova “Report”a müsahibəsində bildirib ki, tamaşada Türkiyənin tanınmış aktyorları - Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ yer alacaqlar. Tamaşanın musiqi tərtibatçısı isə xalq artisti Aygün Səmədzadədir

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Dekabr 2018 11:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə