Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DOĞMA DİYAR” uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DOĞMA DİYAR” uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir.

Sərgi 12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 19 və 20 dekabrda Xətai Sənət Mərkəzində baş tutacaqdır.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədə 17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirəcəkdir.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunacaq. Ən yaxşı 20 əsər ilin sonunda Muzey mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və o sərgidə təmsil olma diplomu alacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Dekabr 2018 11:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə