Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Di Kaprio “Oskar”ı geri qaytaracaq

Di Kaprio  “Oskar”ı  geri qaytaracaq

Hollivudun məşhur aktyoru Leonardo Di Kaprio “Oskar” mükafatını geri qaytaracaq. Buna səbəb ona “Oskar” mükafatını hədiyyə edən iş adamı Jo Lonun rüşvətxorluqda ittiham edilməsidir.

Sözügedən mükafatı Kino Sənəti və Elmləri Akademiyası 1 dollara alaraq muzeydə sərgiləyəcək.

Jo Lonun Di Kaprio, Miranda Ker və başqa məşhurlara verdiyi hədiyyələr qanunsuz yolla əldə edilmiş gəlirlə alındığına görə geri qaytarılmalıdır.

Qeyd edək ki, biznesmen Jo Lo auksionda tanınmış aktyor Marlon Brandonun “Oskar” mükafatını 600 min dollara alaraq Di Kaprioya hədiyyə etmişdi.

Xatırladaq ki, Leonardo Di Kaprio 2016-cı ildə “Sağ qalmış” filmindəki roluna görə “Oskar”a layiq görülüb.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

14 Dekabr 2018 11:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə