• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bu konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək

Azərbaycan bu konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək

“Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi. Təsadüfi deyil ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması beş sahil ölkə üçün dönüş nöqtəsi hesab edilir. Bütün ölkələr, xüsusilə, Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneələr aradan qaldırılacaq.
Azərbaycanın Xəzəryanı dövlətlər arasında imkanları daha böyükdür. İlk növbədə qeyd edim ki, Xəzərdə ən böyük limanlardan biri ölkəmizə məxsusdur. Bundan başqa, respublikamızın neft-qaz kəşfiyyatı, yataqların istismarı, çıxarılan neft məhsullarının sahilə daşınması və Avropa bazarlarına nəql edilməsi üçün çox zəngin və hamımız üçün zəruri olan bir infrastrukturu var. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan bundan sonra enerji sahəsindəki fəaliyyətini təkcə öz sektorunda deyil, İranın, Türkmənistanın, Rusiyanın və Qazaxıstanın da sektorlarında davam etdirə bilər. Bundan ötrü bizim öz işini mükəmməl bilən mütəxəssislərimiz və zəngin təcrübəmiz var. Bu sənəd Azərbaycanın davamlı olaraq, neft-qaz sənayesinin inkişafında böyük rol oynayacaq və ölkəmizə lazımi dividentlər gətirəcək. 
Konvensiya imzalanana qədər Azərbaycanın Xəzərətrafı ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətləri sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə etimad və qarşılıqlı fəaliyyət mövcuddur. Bu da təhlükəsizliyin və sabitliyin əsas göstəricisidir. Bir faktı da qeyd edim ki, bu konvensiyanın imzalanması bir daha göstərdi ki, bu gün Azərbaycan müstəqil siyasət yeridən dövlətdir.
Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın digər dövlətlərin müdaxiləsi olmadan Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılığa gəlmələrini və konvensiyanı imzalamalarını həqiqətən tarixi hadisə kimi dəyərləndirirəm.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı

 

14 2018 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2018 | 18:13
UTECA-da Bilik Günü qeyd olunub
18 Sentyabr 2018 | 15:34
Hindistanlı təlimçilər Lahıcda
18 Sentyabr 2018 | 15:33
Üzgüçünün ikiqat sevinci
18 Sentyabr 2018 | 15:25
Romanın Olimpiya stadionunda
18 Sentyabr 2018 | 15:23
Heyət məlumdur

Ən son xəbərləri səhifəmizdən də izləyin