Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib gəl, 1800 reytinq xalı qazan...

Xəbər verdiyimiz kimi, dekabrın 15-16-da Çin Xalq Respublikasının Quançjou şəhərində cüdo üzrə “World Masters” turniri keçiriləcək. 
Bu mötəbər yarışın mükafatları uğrunda azərbaycanlı tatami ustaları Rüstəm Orucov, Hidayət Heydərov ( hər ikisi 73 kq ), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov ( 100 kq),Uşanqi Kokauri və İrina Kindzerska ( hər ikisi + 100 kq) da mübarizə aparacaqlar.
Təşkilatçılar turnir üçün 200 min dollar məbləğində mükafat fondu təsis etmişlər. Qalib 6000, ikinci-üçüncü yerlərin sahibləri isə müvafiq surətdə 4000 və 2000 dollar qazanacaqlar.
Bundan əlavə, Beynəlxalq Cüdo Federasiyası yarışın ən yaxşı iştirakçılarına veriləcək reytinq xallarını da açıqlayıb. Baş mükafatın sahibi 1800, gümüş və bürünc mükafatçılar 1260 və 900 xala layiq görüləcəklər.

Oqtay BAYRAMOV, “Xalq qəzetı”

13 Dekabr 2018 23:14 - İDMAN
İDMAN
2 İyun 2020 | 10:52
"Qəbələ" avrokuboklarda
1 İyun 2020 | 10:50
Lionel Messi təəssüfləndi
1 İyun 2020 | 01:01
Ən yaxşı müdafiəçi

Köhnə versiyamızdan xəbərləri izlə