Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər Universitəsinin növbəti “Elm və sənət məclisi”ndə çay söhbəti

Xəzər Universitəsinin növbəti “Elm və sənət məclisi”ndə çay söhbəti

Xəzər Universitəsinin ənənəvi “Elm və sənət məclisi”ndə növbəti müzakirənuin mövzusu bu subtropik birkinin insana faydası, ölkəmizdə çayçılığın tarixi və çağdaş inkişafı məsələləri olmuşdur.

Çay süfrəsi arxasında qurulmuş məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, professor Fərman Quliyevin çayçılığın tədqiqi ilə bağlı elmi yaradılıcılığı haqqında məlumat vermişdir.

Sonra çayçılıq sahəsində tanınmış alim professor Fərman Quliyev Azərbaycanda çay və sitrus plantasiyalarının salınması tarixi, ölkəmizdə çayçılığın və sitrus bitkiləri istehsalının inkişafı ilə bağlı dövlət proqramları haqqında ətraflı məlumat vermişdir. O, məşğələ iştirakçılarının diqqətinə çatdırmışdır ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilmiş, bu qiymətli bitkinin elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanmışdır. Azərbaycanda bu bitkinin istehsalının böyük perspektivi var və bu istiqamətdə uğurlu iş aparılır. Yüksək keyfiyyətli yerli çay sağlam həyat tərzində önəmli rol oynayır.

Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı (Xəzər Universitəsi), Abbas İsmayılov, Zaur Həsənov ( Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə ), Əli Şamil (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov ( Bakı Dövlət Universiteti) və digərləri çıxış ediblər.

Sonda Hamlet İsaxanlı maraqlı məruzə üçün professor Fərman Quliyevə dərin təşəkkürünü bildirib və ona universitənin hədiyyəsini təqdim edib. Məşğələdən yadigar olaraq xatirə şəkilləri çəkdirilib.

 

Hazırladı: 
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

13 Dekabr 2018 17:45 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə