Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏMDK-də vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

ƏMDK-də vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Komitənin rəhbər işçiləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olur. Hər bir vətəndaşın müraciətinə qayğı və həssaslıqla yanaşılır. Bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində işlər yerinə yetirilir.

Qeyd edilməlidir ki, 2018-ci ilin noyabr ayı ərzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri respublikanın 56 rayonu üzrə vətəndaş qəbulu keçirib. Ay ərzində ümumilikdə 232 nəfər vətəndaş qəbul edilib, onların şikayət və ərizələrinin bir qismi yerindəcə həll olunub, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Məlumat üçün bildirilir ki, yerli qurumların rəhbərləri tərəfindən vətəndaşların qəbulu komitənin rəsmi internet səhifəsində yerləşdirilmiş qrafikə uyğun olaraq hər ay keçirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Dekabr 2018 16:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə