Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-də İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

“Azərsu” ASC-də İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ASC-nin sədri Qorxmaz Hüseynov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirib.

İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin  icrasından razılığını bildirib. Qeyd edib ki, layihələrin icrasının tam başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Görüşdə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin  icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.

 Qeyd edək ki, İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Tərtər və Gədəbəy şəhərlərində su və kanalizasiya, Astara şəhərində isə su şəbəkələrinin tikintisi yekunlaşıb. Hazırda Daşkəsən şəhərində layihənin icrası davam etdirilir. Qazax şəhərində isə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsinin icrasına 2019-cu ilin əvvəlində başlanılacaq.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Dekabr 2018 15:47 -

Ən son xəbərləri səhifəmizdən də izləyin