Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tatarıstanda “Türkologiya” jurnalının fəaliyyəti müzakirə edilib

Tatarıstanda “Türkologiya” jurnalının fəaliyyəti müzakirə edilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda “Türkologiya” jurnalı və Azərbaycanda türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında “Türkologiya” jurnalının tarixindən söz açaraq, bu mətbu orqanın fəaliyyət istiqamətləri, əhatə etdiyi mövzular, jurnalın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib. Hazırda jurnalda dünyanın bir çox ölkələrindən göndərilən sanballı elmi məqalələr dərc olunur və artıq bu mətbu orqan MLA, SAJI, SIS, TEI, SOBIAD, CIF kimi beynəlxalq indekslərə salınıb.

Azərbaycanda aparılan türkoloji tədqiqatlardan da danışan E.İbrahimov qeyd edib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu türk dillərinin tədqiqi sahəsindəki keçmiş ənənələri davam etdirir, dünya türkoloji mərkəzləri və qurumları ilə əlaqələr qurur, yaxından əməkdaşlıq edir.

www.science.gov.az saytı yazır ki, tədbirdə çıxış edən türk dünyasının tanınmış alimi, akademik Mirfatih Zəkiyev "Türkologiya" jurnalının fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda türkoloji araşdırmaların daha da dərinləşdiriləcəyinə və mühüm elmi nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Dekabr 2018 15:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə