Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar”

“Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar”

“Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” adlı yeni nəşr çapdan çıxıb. Kitabın baş redaktorları AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, buraxılışına məsul şəxslər isə coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya üzrə elmlər doktoru Zakir Eminovdur.

www.science.gov.az saytı yazır ki,vəsaitdə Azərbaycanda müstəqillik illərində həyata keçirilən torpaq islahatının nəticələri təhlil edilir, torpaqlardan istifadənin müasir vəziyyəti araşdırılır, ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri, torpaq idarəçiliyində istifadə istiqamətləri müəyyənləşdirilir, kənd təsərrüfatının ərazi təşkilində olan problemlərin aradan qaldırılmasının elmi əsasları göstərilir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Dekabr 2018 15:35 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə