Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şabran və Cəlilabad rayonlarında zərərvericisilərə qarşı mübarizə tədbirləri

Şabran və Cəlilabad rayonlarında zərərvericisilərə qarşı mübarizə tədbirləri

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şabran və Cəlilabad rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Cari ilin dekabr ayının birinci həftəsində Şabran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin yayılma arealını müəyyənləşdirmək məqsədi ilə 358 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Müşahidə zamanı taxıl sahələrini, meyvə və üzüm bağlarını, yonca və təbii otlaqları əhatə edən 241 hektar sahədə adıçəkilən  zərərverici ilə  sirayətlənmə müəyyən olunub. Dövlət büdcəsi vəsaiti hesabına 35 hektar taxıl sahəsində brodifak preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb.

Cəlilabad Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astanlı, Zopun, Hamaraqışlaq, Ağdaş, Pirvonlu, Kovuzbulaq, Şatırlı, Qurdlar kəndləri ərazilərini əhatə edən 1460 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və 1210 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən edilib. Dövlət büdcəsi  vəsaiti hesabına brodifak preparatı ilə 650 hektar sahədə mübarizə aparılıb.

Hazırda hər iki rayonda mübarizə işləri davam etdirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Dekabr 2018 15:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin