Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni tinğ sortları torpaq-iqlim şəraitinə uyğunlaşdırılmalıdır

Yeni tinğ sortları torpaq-iqlim şəraitinə uyğunlaşdırılmalıdır

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə tərtərli fermerlərin yetişdirdikləri tinglərdən respublikanın bütün regionlarında meyvə bağlarının salınmasında istifadə edilir.

Qaraağacı kəndi ərazisindəki tingçilik təsərrüfatının rəhbəri Mütalib Qurbanov da müxtəlif növ ağac tingləri yetişdirir. O bildirib ki, təsərrüfatı yaratmaqda əsas məqsədi daha çox tələbat olan meyvə tinglərini xaricdən gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırmaq və çoxaltmaqdır: "Xaricdən gətirilən meyvə tinglərinin Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunlaşmasını yoxlamaq üçün sınaq bağı yaratmışam. Hər bir ting bar verdikdən sonra onun satışını həyata keçirirəm. Yəni, yeni sortların torpaq-iqlim şəraitinə uyğunlaşması, məhsuldarlığı nəzərə alınır".

Mütalib Qurbanov bağ salmaq istəyən fermerlərə tövsiyə də edir ki, ting alarkən təsərrüfat rəhbərləri ilə müqavilə bağlasınlar, sertifikat tələb etsinlər. Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxlasınlar. Laboratoriyada torpaq analizinin verilməsi də vacibdir. Hansı torpaqda hansı tingin əkilməsi məqbul sayılarsa, o tingləri alsınlar.

Tingçilik təsərrüfatının rəhbəri dövlətimiz tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya, o cümlədən tingçiliklə məşğul olan fermerlərə subsidiya verilməsinə görə razılığını ifadə edib. O bildirib ki, subsidiyaların verilməsi yeni sort meyvə tinglərinin respublikamıza gətirilməsinə, tingçiliyin inkişafına təkan verir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Dekabr 2018 15:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin