• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstanlı ekspert Eduard Poletayev: Regiona investisiyaların gəlişi asanlaşacaq

Qazaxıstanlı ekspert Eduard Poletayev: Regiona investisiyaların gəlişi asanlaşacaq

Ekspertin sözlərinə görə, bu konvensiya uzunmüddətli perspektivə hesablanmış konseptual sənəddir: "Xəzər dənizinin nizamlanmamış statusu fərqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi. İndi bu cür spekulyasiyalar azalacaq. 
Beynəlxalq müqavilələrin bir növü olan Konvensiya, adətən mövzu ilə bağlı bütün məsələləri əhatə edir. Düzdür, bir sıra mübahisəli məqamlar konvensiyadan kənar qalsa da, bu məsələlər iki və ya üçtərəfli razılaşmalarla həll olunacaq. Ümumilikdə konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək".
Politoloq bildirib ki, bu sənəd, həmçinin təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq: "Konvensiya bir çox məsələlərin münaqişəsiz həlli üçün şərait yaradıb. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin həll olunmasını asanlaşdırmalıdır".
Hazırladı: 
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

14 2018 23:56 -

Ən son xəbərləri səhifəmizdən də izləyin