Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birgə seminar keçirilib

Birgə seminar keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanın dövlət balıqçılıq təsərrüfatlarının qiymətləndirilməsinə, ölkədə akvakultura sahəsində işlərin səmərəliliyinin artırılmasına və genişləndirilməsinə həsr olunan seminar keçirilib.

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və sahibkarlar iştirak edib.

Görüşün keçirilməsində məqsəd mövcud dünya təcrübəsindən yararlanmaqla ölkə əhalisinin balıq məhsullarına olan daxili tələbatının ödənilməsinə, sahil balıq ovundan asılı olan rayonların şirin su və dəniz əmtəə akvakulturasının yaradılması əsasında dayanıqlı sosial- iqtisadi inkişafının təmin edilməsinə və su bioloji resurslarının mühafizəsi, artırılması və səmərəli istifadəsinə nail olmaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə ekologiya və təbii sərvətlər naziri, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri çıxış edib, Türkiyə, Macarıstan və İtaliyadan olan akvakultur üzrə mütəxəssislərin təqdimatları və məruzələri dinlənilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
                                                 

13 Dekabr 2018 14:14 - EKOLOGİYA
EKOLOGİYA
14 Yanvar 2019 | 16:27
Xəbərdarlıq
12 Yanvar 2019 | 16:04
Yanvarın 13-də

Ən son xəbərləri səhifəmizdən də izləyin