Ən son xəbərlər

Son buraxılış
Arxiv

143 qurumuş ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib

143 qurumuş  ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib

Ölkə başçısının yeni yaşıllıqların salınmasıyla bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.

Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  noyabrın 21-dən  başlanan və bugünədək davam edən aksiyalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 143 qurumuş və təhlükə yaradan ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib.

Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

13 Dekabr 2018 13:40 - EKOLOGİYA
EKOLOGİYA
14 Yanvar 2019 | 16:27
Xəbərdarlıq
12 Yanvar 2019 | 16:04
Yanvarın 13-də

Ən son xəbərləri səhifəmizdən də izləyin