Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək müfəttişliyi sistemi gücləndirilir

Əmək müfəttişliyi sistemi gücləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə növbəti təlim kursu keçirilib.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Elman Cəfərov hazırda həyata keçirlən islahatların bir istiqamətinin də əmək müfəttişliyi sisteminin beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmləri əsasında təkmil səviyyədə qurulmasına və gücləndirilməsinə yönəldiyini vurğulayıb. E.Cəfərov BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın bu sahədə fəal dəstək olduğunu diqqətə çatdırıb. Xidmət rəisi bildirib ki, həmin proqramın prioritetlərindən biri də DƏMX-nin fəaliyyətinin təkmilləşdirilməsi və potensialının artırılması, fəaliyyətin gücləndirilməsi, BƏT yanaşmaları da nəzərə alınmaqla səmərəli fəaliyyət mexanizminin və nəzarət sisteminin formalaşdırılmasıdır. Bu istiqamətdə beynəlxalq təşkilatla birgə işlər çərçivəsində əmək müfəttişləri üçün təlimlər təşkil olunur. Hazırkı təlim kursu da “Azərbaycanda əmək müfəttişliyi sisteminin gücləndirilməsi: Əməyin mühafizəsi və sağlamlığı üzrə məlumatların toplanması və istifadəsinin optimallaşdırılması, əmək müfəttişləri üçün strateji uyğunluq planlaşdırılmasına BƏT-in yanaşması” mövzusuna həsr olunub.

AHİK sədrinin müavini Cavanşir Alxasov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov, BƏT-in baş mütəxəssisi Valentin Mokanu təlimin mövzusunun aktuallığını qeyd ediblər. V.Mokanu və ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Əmək şəraiti və əməyin mühafizəsi şöbəsinin müdiri İlqar İskəndərov təqdimatlar edib, həmin mövzularda müzakirələr aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Dekabr 2018 12:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə