Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib

Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirib.

Tədbirlər  “Məşğulluq haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar,  həmçinin “Sosial  tərəfdaşlığın  məşğulluğun təminatında rolu” və “Qeyri-rəsmi məşğulluğun qarşısını alınması” mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb.

Şəhər (rayon) icra hakimiyyətlərinin, Həmkarlar İttifaqı təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi dəyirmi masalarda məşğulluq haqqında qanunvericilikdə əksini tapan yeniliklər qeyd olunub. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi sahəsində atılan addımlar haqqında işəgötürənlərə ətraflı məlumat verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Dekabr 2018 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin