Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər teatrda anıldı

Ulu öndər teatrda anıldı

Tarix onu yazan, zəkası və iradəsi, qətiyyəti ilə yaradan şəxsiyyətlərilə mənalıdır. Belə qüdrətli şəxsiyyətlərdən biri dünya siyasi arenasında öz imzasını qoymuş ulu öndər Heydər Əliyevdir. 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdışından sonra ümumilli lider Müstəqil Azərbaycanı rahat bir inkişaf yoluna çıxartdı, bütün sferalarda tərəqqi strategiyası formalaşdırdı. Ulu öndər dövlətçilik təfəkkürünü, azərbaycançılıq fəlsəfəsini bizə aşıladı. Təəssüf ki, yaradılışın acı reallığı dahi siyasətçini cismən bizdən ayırdı.

Sumqayıt Dövlət Dram Teatrında ulu öndərlə bağlı, onun dövlətçilik fəaliyyətini özündə ehtiva edən iki tarixi dram- A.Babayev "Xilaskar", H.Orucov "Burdan min atlı keçdi" tamaşaları hazırlanaraq tamaşaçılara təqdim olunub.

Bu gün də teatr kollektivi dərin hüzn və hörmətlə dahi öndəri andı. Ümumilli liderin mədəniyyət, ədəbiyyat tarixində silinməz iz qoyduğu danılmaz faktdır. Onun sənət adamlarına verdiyi dəyər hər zaman teatr xadimlərini yeni yaradıcılıq axtarışına sövq edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Dekabr 2018 12:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin