Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət etmişdir

Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət etmişdir

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət, müdrik rəhbər ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan bu dahi oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və 15 ildir ki, ulu öndərin əbədiyyətə qovuşduğu 12 dekabr günündə onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib. Nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Anım mərasiminə Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da qoşulmuşlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Dekabr 2018 10:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin