Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qazandığı uğurlar Heydər Əliyevin miras qoyduğu milli tərəqqi ideyalarının bəhrəsidir

Azərbaycanın qazandığı uğurlar  Heydər Əliyevin miras qoyduğu  milli tərəqqi ideyalarının bəhrəsidir

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında, həmçinin yerli idarə, şöbə və bölmələrində, o cümlədən tabe qurumlarında anım mərasimləri keçirilib. 
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Aparatında keçirilən mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin memarı olduğunu diqqətə çatdırıb: “Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və hörmət nümunəsi olan böyük azərbaycanlı – ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır”.
Mərasimdə ümummilli lider Heydər Əliyevin hər kəsə nümunə olan ömür yolundan, ölməz ideyalarından söhbət açılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur ulu öndərin zəkasının təcəssümü, onun əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının qələbəsidir.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət” sənədli filmi nümayiş olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

12 Dekabr 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə