Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin xatirəsi ehtiramla anıldı

Ulu öndərin xatirəsi ehtiramla anıldı

Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə  kitabxananın  direktoru Kərim  Tahirov  müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yolundan, zəngin siyasi və dövlətçilik fəaliyyətindən danışıb. O, ümummilli liderin hakimiyyəti dövründə kitabxana işinin təşkilinin prioritet əhəmiyyət daşıdığını, cəmiyyətin mədəni həyatına təsir göstərən bir amilə çevrildiyini söyləyib.
Sonra qonaqlar ulu öndərə həsr edilmiş “Mədəniyyətimizin hamisi” adlı videofilmə  baxıblar.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək ümummilli liderin dövlətimiz və xalqımız qarşısında  misilsiz xidmətləindən  danışıb.
YAP-ın yaradılmasının tarixi zərurət kimi meydana çıxdığını deyən Ş.Hacıyev qeyd edib ki, həmin dövrdə  Azərbaycanda xaos hökm sürüb. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının Heydər Əliyevə müraciət  ünvanlaması, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ş.Hacıyev müstəqilliyin ilk illərində ölkəmizdə gedən proseslər, Heydər Əliyevin hakimiyyətə qayıtması, müasir Azərbaycan dövlətinin qurulması və ulu öndərin ölkəyə rəhbərlik etdiyi on il ərzində Azərbaycanda əldə olunmuş nailiyyətlərdən bəhs edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” media qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev, Xalq artisti  Hacı İsmayılov  və başqaları  ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi  hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşmasından, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışıblar. 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

12 Dekabr 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə