Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Goranboy Subartezian Quyularının İstismarı İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Goranboy Subartezian Quyularının İstismarı İdarəsi  2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Subartezian quyularının və nasos stansiyalarının mexaniki- elektrik avadanlıqlarının cari təmiri üçün mal-materialların və ehtiyat hissələrinin satınalınması.
Lot-2. Nəqliyyat vasitələrinin və nasos stansiyalarının cari təmiri üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 70 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Goranboy şəhəri, C.Cabbarlı küçəsi, 2 nömrəli ünvanda yerləşən Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- A.Əmiraslanovdan, telefon: (0234) 5-24-08) ala bilərlər.
Təşkilat: Goranboy SQİİ
Hh: AZ51Aİİ32051019445000201150
VÖEN: 6100024581
Bank: “Kapital Bank”ın Goranboy filialı
Kod: 200509
VÖEN: 9900003611
Mh: AZ 37 NABZ 013550100000000001944
S.W.İ.F.T.BİK - AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 16 yanvar 2019-cu il saat 18.00-a qədər Goranboy şəhəri, C.Cabbarlı küçəsi 2 nömrəli ünvanda Goranboy Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 17 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

12 Dekabr 2018 22:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin