Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” Londonda

“Qarabağ” Londonda

Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası bu gün 2018/2019-cu illər mövsümündə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində son oyununu keçirəcək. Qurban Qurbanovun yetirmələri Londonun qonağıdırlar.
UEFA “Arsenal”la görüşün hakimliyini Danimarka Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim funksiyasını Yens Qrabski Maae yerinə yetirəcək. Oyun Bakı vaxtı ilə gecəyarısı – 00:00-da başlanacaq.
Qarşıdakı görüş “E” qrupundan pley-off mərhələsinə vəsiqəni artıq özünə təmin etmiş İngiltərə təmsilçisi, eləcə də turnir cədvəlində sonuncu pillədə olan komandamız üçün ciddi əhəmiyyət daşımasa da, onun nəticəsı ölkəmizdə maraqla gözlənilir. Topaz Premyer Liqasında qış fasiləsinə “Zirə” üzərində gurultulu qələbə (6:0) ılə çıxan “Qarabağ” İngiltərə paytaxtında Avroliqa ılə vida matçında “Arsenal”a layiqli müqavimət göstərə bilər.

Oqtay BAYRAMOV, “Xalq qəzetı”

12 Dekabr 2018 22:42 - İDMAN
İDMAN
20 Mart 2019 | 02:00
Fantastik təklif
18 Mart 2019 | 22:06
Messidən növbəti rekord
16 Mart 2019 | 23:33
Zidandan ciddi xəbərdarlıq
14 Mart 2019 | 21:47
Ronaldonun 700-cü qolu

Ən son xəbərləri səhifəmizdən də izləyin