Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Venesuela iqtisadi tənəzzüllə üzləşib

Venesuela iqtisadi tənəzzüllə üzləşib

Venesuelada illik inflyasiya səviyyəsi rekord həddə – 1.300.000 faizə çatıb. Bu barədə CNN məlumat verib.
Mənbə qeyd edir ki, bunu ölkə parlamentinin Maliyyə Komitəsinin başçısı Rafael Qusman açıqlayıb. O, cəmiyyətin üzləşdiyi qıtlıq faciəsinə görə Venesuela hökumətini ittiham edib.
“Hiperinflyasiya davam edir. Noyabr ayında inflyasiya 
144,2 faizə, illik olaraq isə 1.300.000 faizə çatdı”, – deyə R.Qusman bildirib.
Qeyd edək ki, Venesuela hökuməti dünya bazarlarında neftin kəskin ucuzlaşmasından sonra iqtisadi göstəricilərlə bağlı hesabatların yayımlanmasını dayandırıb.
Hazırda Beynəlxalq Valyuta Fondu (BVF) Nikolas Maduro hökumətindən hesabat tələb edir. Prezident Maduro isə ölkədə baş verən böhrana görə ABŞ-ın məsuliyyət daşıdığını bildirir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

12 Dekabr 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin