Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən zəngin yazıçıları

Dünyanın ən zəngin yazıçıları

“Forbes” jurnalı cari ildə ən çox kitabı satılan və qonorar alan yazıçıların siyahısını hazırlayıb.
Ümumilikdə, 11 müəllifin adının olduğu siyahıda ilk pilləni Ceyms Patterson tutub. O, 2018-ci ildə kitab satışından 86 milyon dollar vəsait əldə edib.
Ötən il siyahıya liderlik edən Coan Rolinq bu il 54 milyon gəlirlə ikinci yerdə qərarlaşıb. C.Rolinq ötən ilə nisbətdə bu il 41 milyon dollar az qazanıb. Üçlüyü 21 milyon dollar gəlirlə Stiven Kinq tamamlayıb.
Reytinq siyahısında həmçinin Con Qrişem, Den Braun, Ceff Kinni, Maykl Vulf, Nora Roberts, Daniela Stil, Rik Riordan və Erika Leonard Ceymsin adları var.
Qeyd edilir ki, ümumilikdə bu yazıçıların cari ildə ABŞ-da 24 milyon nüsxə kitabı satılıb və 283 milyon dollar qazanıblar.
Statistika 1 iyun 2017-ci ildən 1 iyun 2018-ci ilə qədər olan müddəti əhatə edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 Dekabr 2018 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin