Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin cənub sərhədində “terror dəhlizi” yaradılır?

Türkiyənin cənub sərhədində “terror dəhlizi” yaradılır?

ABŞ Suriyanın Türkiyə ilə sərhədində yeni müşahidə postları qurub. Pentaqon nümayəndəsi bildirib ki, bu postlar Vaşinqtonun NATO üzrə müttəfiqi olan Türkiyənin təhlükəsizliyini təmin etmək üçündür. Məlumatı “Anadolu” agentliyi verib. 
“Müdafiə naziri Ceyms Mettisin göstərişi ilə bizim NATO üzrə müttəfiqimiz Türkiyənin təhlükəsizliyini təmin etmək üçün Suriyanın bu ölkə ilə həmsərhəd olan şimal-şərq rayonlarında müşahidə postları yaradılıb”, – deyə Pentaqon nümayəndəsinin yaydığı bəyanatda bildirilir. 
Qeyd edilir ki, ABŞ Suriyanın bu rayonunda vəziyyəti sabitləşdirmək üçün türkiyəli tərəfdaşlarla birgə fəaliyyət göstərəcək. 
Bununla belə, Türkiyənin hakimiyyət orqanları ABŞ-a xəbərdarlıq edib ki, sərhəddə bu cür postların qurulmasına etiraz edir, çünki Birləşmiş Ştatlar bu qurğulardan Ankaranın terrorçu təşkilat hesab etdiyi Suriyadakı kürd hərbi qruplaşmalarına silah-sursat vermək üçün istifadə edəcək. Kürdlər İŞİD-ə qarşı mübarizədə Vaşinqtonun müttəfiqidir.
Bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Hülusi Akar da ABŞ-ın Suriya problemi üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə görüşündə bəyan etmişdi ki, Ankara Vaşinqtonu YPG-PKK terror təşkilatı ilə əlaqələrə son qoymağa və Suriya-Türkiyə sərhədində müşahidə postları qurmaqdan çəkinməyə çağırmışdı. Danışıqlar zamanı tərəflər Suriyadakı, xüsusən Fərat, İdlib və Münbiçdəki vəziyyəti müzakiə etmişdilər. 
Akar qəti şəkildə bildirmişdi ki, Türkiyə özünün beynəlxalq hüquq və müqavilələrdən irəli gələn maraqlarını qoruyacaq, cənub sərhədlərində terror dəhlizinin yaradılmasına yol verməyəcək. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

12 Dekabr 2018 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin