Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strasburqdakı insidentlə bağlı təhqiqat aparılır

Strasburqdakı insidentlə bağlı təhqiqat aparılır

Fransanın hüquq-mühafizə orqanları Strasburq şəhərinin mərkəzində baş vermiş silahlı hücumla bağlı 5 nəfəri dindirir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Qeyd edək ki, bu dekabrın 11-də axşam saatlarında Strasburqun 29 yaşlı sakini şəhərin mərkəzində yeni il yarmarkasında ətrafdakı insanlara atəş açıb. İnsident nəticəsində azı 4 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisə yerindən qaçmağa müvəffəq olan cinayətkarın axtarışına hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb edilib. Əməliyyatla əlaqədar şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb.
Fransanın Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunes bildirib ki, dindirilən şəxslərin cinayətkarla mümkün əlaqəsi araşdırılır.
Bu arada İnterpolun başçısı Yurgen Stok bildirib ki, təşkilat insidentin təhqiqində Fransanın hakimiyyət orqanlarına kömək göstərməyə hazırdır.
Xatırladaq ki, iki gün əvvəl Fransa Prezidenti Emmanuel Makron son günlər zorakılıqlarla müşayiət olunan etiraz aksiyalarının qarşısını almaq üçün fövqəladə iqtisadi və sosial vəziyyət elan edib. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

12 Dekabr 2018 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin