Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Fransa ilə sərhəddə nəzarəti gücləndirib

Almaniya Fransa ilə sərhəddə nəzarəti gücləndirib

RİA "Novosti"nin yaydığı xəbərə görə, Strasburqda baş vermiş atışma hadisəsindən sonra Almaniya Federal Polisi Fransa ilə sərhəddə nəzarəti gücləndirib.
Bildirilir ki, polis Kel, Breyzax am Rayn, Raynau şəhərlərində və İfftshaym kommunasındakı əsas sərhəd keçidlərində gücləndirilmiş rejimdə çalışır. Həmçinin bildirilir ki, Almaniya polisi vəziyyət tənzimlənənə kimi nəzarəti gücləndirilmiş formada saxlayacaq.
Məlumata görə, təkcə avtomobillər yox, ictimai nəqliyyat vasitələri də yoxlanılır: “Yoxlama müddəti 90 dəqiqəyə qədər ola bilər. Fransalı həmkarlarımızdan asılı vəziyyətdəyik”, – deyə alman polisindən bildirilib.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

12 Dekabr 2018 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin