• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir

Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qeyd edib ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir: “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Biz V Zirvə toplantısında da bunun şahidi olduq”.
S.Fətəliyeva diqqəti sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışına cəlb edərək dedi ki, həmin bəyanatlarda Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, regionda və qlobal miqyasda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib” – fikrini səsləndirməsi ölkəmizin Xəzərin statusunun müəyyənləşdirilməsində göstərdiyi fəaliyyətin bir daha diqqətə çatdırılması idi. 
Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqların birgə işləniləcəyini, bunun Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcəyini deyən S.Fətəliyeva əlavə edib ki, konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, müstəsna hüquqlar və yurisdiksiyalarına aid olan fəaliyyəti həyata keçirir: “Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraq və mehriban qonşuluq əlaqələri sayəsində baş tutub. 
Ümumiyyətlə, Azərbaycan hüquqi statusla bağlı danışıqların aparıldığı bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib. Sözügedən konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün faydalıdır. Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsinə olan maneələr aradan qaldırılacaq və əməkdaşlıq münasibətləri bütün Xəzəryanı dövlətlər üçün xüsusilə iqtisadi baxımdan mənfəətli olacaq. Bunu da qeyd etmək lazımdır ki, əldə olunmus razılıqlar transxəzər borularln çəkilməsi ucun lazımi şərait yaradir ki, bu da Azərbaycanın nəqliyyat imkanlarını xeyli genişləndirir, ölkənin tranzit potensialını artırır, geosiyasi çəkisini yüksəldir”.
Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

14 2018 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin