Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir

Hikmət Hacıyev: Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir

Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir. Bu fikirləri Trend-ə açıqlamasında Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Bakı şəhərində NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilməsi davamlı xarakter alir: "2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiyanın hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş qərargahlar rəisi ilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun Hərbi Komitəsinin sədri ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində görüşlər keçirilmişdi.

Prezident İlham Əliyev tərəfindən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Komandanı Körtis Skaparrottini qəbul edərkən qeyd olunduğu kimi, qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın təzahürü, eyni zamanda ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir".

Administrasiya rəsmisi qeyd edib ki, dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur:

"Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır.

Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır".

12 Dekabr 2018 16:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə