Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: ulu öndərin abidəsi tər çiçəklərə büründü...

Şəmkir: ulu öndərin abidəsi tər çiçəklərə büründü...

Dekabrın 12-də Şəmkirdə ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir şəhərinin mərkəzində yerləşən ümummilli liderin abidəsini ziyarət etdi və abidənin önünə gül dəstələri qoydu.

Daha sonra icra hakimiyyəti aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri və on minlərlə şəmkirli abidənin önünə gül dəstələri düzdülər.

Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır.Respublikamız öz dövlət müstəqilliyi üçün məhz ulu öndərə borcludur. Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması bilavasitə bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.

Anım günündə belə bir fikir dönə-dönə vurğulandı ki, ümummilli liderin gördüyü misilsiz işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın adı dünyanın hər yerində hörmət və izzətlə çəkilir.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

12 Dekabr 2018 16:02 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə