Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxda ulu öndər ehtiramla yad edildi

Samuxda ulu öndər ehtiramla yad edildi

Samuxda ümummilli lider Heydər Əliyevin vəfatının 15 illiyi böyük ehtiramla yad edilmişdir. Səhər tezdən yüzlərlə Samux sakini ulu öndərin abidəsi önünə gəlmiş, bura gül-çiçək dəstələri qoymuş, xatirəsini yad etmişdir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, hüquq- mühafizə orqanlarının rəhbərləri,idarə, müəssisə və təşkilatların nümayəndələri Heydər Əliyevin əzəmətli abidəsi önünə gül dəstələri qoymuşlar.

Sonra Heydər Əliyev Mərkəzində təntənəli toplantı olmuşdur. Alı Qocayev tədbiri giriş sözü ilə açaraq demişdir ki, Heydər Əliyev hər birimizin qəlbində özünə elə bir abidə ucaltmışdır ki, insan bəzən onu sözlə ifadə etməkdə çətinlik çəkir. Ulu öndər əsrlər keçsə də insanların qəlbində qalacaq və gələcək nəsillər onu daim ehtiramla yad edəcəklər.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və başqaları çıxış edərək Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış və Azərbaycanın bu günkü inkişafını ulu öndərin titanik və uzaqgörən fəaliyyəti ilə əlaqələndirmişlər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 Dekabr 2018 15:54 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə