Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Gəncədə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Gəncədə Anım günü ilə əlaqədar şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhər sakinləri Ulu Öndərin Baş Meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişlər.

Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışmışlar. Belə bir fikir dönə-dönə vurğulanıb ki, Gəncə daim Ümummilli liderin diqqət və qayğısını öz üzərində hiss edib. Onun Gəncəyə etdiyi səfərlər zamanı ilk yolu Şeyx Nizaminin məqbərəsindən olub və böyük şairi daim yad edib.  

Gəncəlilər də hər zaman dövlətinə, ölkə rəhbərinə və ümumilli liderinə öz sədaqətini nümayiş etdiriblər.

Bütün gün ərzində Ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub. Bura gələn hər kəs dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

12 Dekabr 2018 14:50 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin