Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa: anım mərasimində 5 mindən çox insan iştirak edib

Ağstafa: anım mərasimində 5 mindən çox insan iştirak edib

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Əliyev mərkəzində Ulu öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.        

İcra hakimiyyətinin başçısı qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana, onun xalqına bəxş olunan nadir şəxsiyyət, əsl lider, dünyada sayılıb-seçilən görkəmli siyasətçi idi. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb: «Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla tükənməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. O, sağlığında millətinin atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir».

Anım mərasimində 5 mindən çox insan iştirak edib. İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olmuş və Ümummilli liderə həsr olunan filmi izləmişlər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 Dekabr 2018 14:44 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə