Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks turniri keçirilib

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks turniri keçirilib

Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev - WBCA) təşkilatçılığı ilə Almaniyanın Übach-Palenberg şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks turniri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, WBCA Dünya kəməri uğrunda ukraynalı boksçu Roman Qolovaşenko almaniyali boksçu Aleksandr Franka qarşı peşəkar rinqdə mübarizə aparıb. Hazırda Dünya kəmərinin sahibi almaniyalı boksçu Aleksandr Frankdır. Hər iki boksçu Dünya reytinqində yüksək yer tutmağa layiq görülüb. 
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 12 raundluq gərgin mübarizədən sonra döyüş 5-ci raundda vaxtından əvvəl tamamlanıb. Almaniyalı boksçu ukraynalı boksçuya nokautla qalib gəlib və 2-ci dəfə Dünya kəmərinin sahibi olub. Übach Palenberg şəhərinin meri Volfgang Yungnish WBCA Dünya kəmərini çempiona təqdim edib.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı ­idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

 

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

12 Dekabr 2018 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə