Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC-də ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

UNEC-də ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

UNEC-də ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları ümummilli liderin UNEC-də ucaldılan büstü önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 
Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov ulu öndərin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərinə diqqət çəkərək, dahi şəxsiyyətin ən böyük amalının müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı olduğunu bildirib. Ulu öndərin hələ sovetlər dövründə milli iqtisadiyyatın strukturunun formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın maraqlarını daim üstün tutmasından söz açan rektor onun ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən insan kapitalının formalaşdırılması istiqamətində gördüyü işlərə nəzər salıb. Dahi şəxsiyyətin dəstəyi və qayğısı ilə minlərlə gəncin ölkə xaricində nüfuzlu ali məktəblərə göndərilərək, yüksək ixtisaslı, peşəkar kadrlar kimi yetişdiyini qeyd edib.
Ulu öndər Heydər Əliyevin, həmçinin dəyərli ailə başçısı olduğunu vurğulayan rektor, dahi şəxsiyyətin siyasətini davam etdirən Prezident İlham Əliyevin ölkənin rifahı və çiçəklənməsi uğrunda əzmlə çalışmasının hər bir vətəndaşı öz işinə daha böyük inamla yanaşmağa ruhlandırdığını bildirib. 
Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevə həsr edilən videoçarxı izləyib. 
Tədbirdə tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi tarixi faktlarla” mövzusunda məruzə ilə çıxış edərək dünya şöhrətli ictimai-siyasi xadimin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs edib. Siyasi elmlər üzrə fəlsəfə doktoru Leyli Həmidova isə “Heydər Əliyev – dünya şöhrətli siyasi lider” adlı məruzəsində ümummilli liderin təkcə postsovet məkanında deyil, həmçinin bütün dünyada tanınmış şəxsiyyət olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində SABAH mərkəzinin tələbəsi Jalə Rzayeva “Əsrin Heydər tarixi” poemasını səsləndirib. 

Elnarə ÖMƏROVA

12 Dekabr 2018 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə