Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

Dekabrın 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə ulu öndərin komitənin binasının foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Anım mərasimi əbədiyaşar şəxsiyyət Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.    
Tədbirdə məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, əsrlər boyu xalqımıza xidmət edəcək zəngin siyasi irsindən və ən yeni tariximizdəki xilaskarlıq missiyasından danışıb. O bildirib ki, nadir tarixi şəxsiyyət olan Heydər Əliyev bütün həyatını xalqımıza həsr edərək ona güclü, sarsılmaz, qüdrətli bir dövlət miras qoyub. Qədirbilən xalqımız beynəlxalq səviyyədə də sevilən, hörmət bəslənilən ümummilli lider Heydər Əliyevin xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti ilə daim qürur duyur və bu gün dahi rəhbərin siyasi kursunu yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevə sonsuz inanır və onun ulu öndərimizin siyasi varisi kimi yürütdüyü siyasi, iqtisadi, sosial islahatları yekdilliklə dəstəkləyir. Bütün bunlar bir daha sübut edir ki, dövlət başçımızın rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və xalqımızı davamlı inkişafa və tərəqqiyə aparır.
Dövlət Statistika Komitəsi aparatının keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə, beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Fərhad Əliyev və digərləri qeyd ediblər ki, ulu öndər xalqımızın gələcək inkişaf yolunun möhkəm təməlini qoyaraq Azərbaycanın 10 illər sonra da inkişaf istiqamətini proqnozlaşdırmaqla dövlətimizin qlobal inkişaf yolunu müəyyənləşdirib. Bu gün qürurla deyə bilərik ki, Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin dayanıqlılığı tam təmin edilib, dünya ictimaiyyəti beynəlxalq arenada Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər, yüksək rəyini, fikrini söyləyirsə, Azərbaycanın apardığı xarici siyasətlə hesablaşırsa, bu, özü də Heydər Əliyevin xalqımız üçün göstərdiyi tarixi xidmətlərinin parlaq nəticəsidir. Müstəqil Azərbaycanın inkişafının hər bir zərrəsində əbədiyaşar liderin ideyaları yaşayır və əbədiləşir.
Tədbirin sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Azərbaycan Televiziyasının istehsalı olan filmə baxıblar.

AZƏRTAC

12 Dekabr 2018 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə