Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Fransanın xarici işlər naziri ­Jan-İv Le Drian ABŞ Prezidenti Donald Trampı fransızların həyatına müdaxilə etməməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə nazir LCI telekanalına açıqlama verib: “Mən də, Fransa Prezidenti də Donald Trampa deyirik ki, biz Amerika debatlarında iştirak etmirik, icazə verin biz öz millətimizin həyatı ilə məşğul olaq”.
Qeyd edək ki, şənbə günü Tramp ­“Tvitter” şəbəkəsində yazıb ki, Fransada siyasi böhranı İqlim üzrə Paris sazişindən imtına etməklə və bu sənəd çərçivəsində ödənilən pulları insanlara qaytarmaqla həll etmək olar.

12 Dekabr 2018 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə